“Azərbaycanın və Özbəkistanın enerji şirkətləri sıx qarşılıqlı fəaliyyət göstərirlər”.
AZƏRTACxəbər verir ki, bu barədə Azərbaycan PrezidentiİlhamƏliyevÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Biz nəqliyyat-logistika sahəsində yük axınının gücləndiyini, ən başlıcası, bu istiqamətdə əməkdaşlıq potensialının artdığını görürük. Biz bu gün bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər öncədən müəyyən edəcək məsələləri müzakirə etdik”.


