Türkiyənin Rizə vilayətində "Pikap" avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Demokrat.az xəbər verir ki, hadisə səhər saatlarında vilayətin İkidərə rayonunda baş verib.
Hadisə nəticəsində avtomobildə olan 75 yaşlı şəxs yerindəcə dünyasını dəyişib, sürücü isə ağır yaralanıb.
Yaralı sürücü ərazidəki insanların köməyi ilə xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


