Sosial Özəl

Yunanıstanda meşə yanğını nəticəsində 1 nəfər öldü

Yunanıstanda meşə yanğını nəticəsində 1 nəfər öldü

Yunanıstanda davam edən meşə yanğınlarında bir nəfərin dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası məlumat yayıb.

Bildirilib ki, paytaxt Afinadan təxminən 120 kilometr məsafədə yerləşən meşəlik ərazidə baş verən yanğınla əlaqədar iki yaşayış məntəqəsi boşaldılıb.

Bölgədəki düşərgə ərazisi də təhlükəsizlik məqsədi ilə təmizlənib.

Məlumata görə, yanğında ölən şəxsin 80 yaşlı çoban olduğu və mal-qaranı qorumaq istəyərkən öldüyü müəyyən edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova