Gündəm Özəl

AZAL-dan gecikmiş təyyarə ilə bağlı AÇIQLAMA

AZAL-dan gecikmiş təyyarə ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları”nın Milan - Bakı reysində gecikmə baş verib.

Bu barədə Demokrat.az-a məlumat verən sərnişinlər bildiriblər ki, 3 saatdan çox davam edən ləngimə digər bir sərnişinin itlərinin təyyarəyə gətirilməsində gecikmə səbəbindən yaranıb.

İtlərə görə təyyarənin gecikdirilməsi sərnişinlərin ciddi narazılığına səbəb olub.

Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Nərmin Xəlilova ilə əlaqə saxladıq.

O, saytımıza açıqlamasında qeyd etdi ki, təyyarə artıq yola düşüb:

"Təyyarə artıq havaya qalxıb. Yerli vaxtla saat 20:40-da Bakıya çatacaq".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova