Ermənistanda baş verən 4.1 maqnitudalı zəlzələ Tovuz və Gədəbəydə də hiss olunub. Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər təkanlar qeydə alınıb.
Türkiyəli məşhur seysmoloq Naci Görür də yeni açıqlaması ilə gündəmə gəlib. O deyib ki, İstanbulda 100 min binada insanlar ölümlə üz-üzədir. Görür böyük zəlzələlərin baş verəcəyi dövrün gəldiyini xəbər verib.
Təxminən bir ay öncə axşam saatlarında paytaxt Bakı sakinləri də zəlzələ qorxusu ilə küçələrə axışdı. Bəzi yerlərdə nisbətən güclü təkanlar hiss edildi.
Seysmoloq Qurban Yetirmişli Demokrat.az-a açıqlamasında zəlzələ ilə bağlı narahatlıqlara aydınlıq gətirib:

“Yaxın gələcəkdə dağıdıcı zəlzələ ehtimalı yoxdur. 3-4 ballıq xırda təkanlar tez-tez olur. Təkanların daha çox hiss edildiyi anlar ola bilər, lakin bir o qədər də qorxulu deyil. Təşvişə ehtiyac yoxdur”.
Törə Zeynallı Demokrat.az


