Türkiyədə 12 mərtəbəli binanın 9-cu mərtəbəsində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, hadisə ölkənin Kastamonu vilayətində baş verib.
Hadisə yerinə yanğınsöndürmə qrupları, polis və təcili tibbi yardım işçiləri göndərilib.
Polis qrupları təhlükəsizlik məqsədi ilə vətəndaşları binadan təxliyə edib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə alov digər mənzillərə keçmədən söndürülsə də hadisə nəticəsində evə ciddi ziyan dəyib.
Qeyd edək ki, hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Aysu Demokrat.az


