Dedektiv janrında olan "The Sniffer" serialının aktyoru Aleksey Xilski vəfat edib.
Axşam.az xəbər verir ki, ukraynalı aktyorun ölümünə səbəb döyüşdə aldığı yaralar olub. 35 yaşı olan Aleksey Ukrayna Silahlı Qüvvələrinin sıralarına qatılıb və iki dəfə yaralanmasına baxmayaraq yenidən cəbhəyə qayıdıb.
Onun ölümünü həyat yoldaşıNadiya Xilska təsdiqləyib.
Qeyd edək ki, Rusiya ötən ilin fevralından Ukraynaya qarşı hərbi əməliyyatlar keçirir.


