Türkiyədə “ADA” tipli ikinci gəminin təməlqoyma mərasimi olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “UNİAN” məşri məlumat yayıb. Gəmi Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulub. Bildirilib ki, təməlqoyma mərasimi İstanbul şəhərindəki gəmiqayırma müəssisələrindən birində keçirilib.
Qeyd edək ki, bu, Türkiyənin Ukrayna üçün hazırladığı ikinci gəmidir.


