Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları təsdiqlənib.
Demokrat.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


