Fərdi qaydada taksi fəaliyyətinə dair yeni qayda müəyyənləşib.
Yeni qaydaya əsasən, taksi fəaliyyəti ilə məşğul olmaq üçün 7 il müddəti olan buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək.
Bu yenilik “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli Qanunda öz əksini tapıb.
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli Demokrat.az-a açıqlamasında sözügedən dəyişikliyi müsbət qiymətləndirməyib: 
Ola bilər ki, buraxılış vəsiqəsi və kartının verilməsi üçün də tələblər qoyulsun. Sürücü və nəqliyyat vasitəsi üçün tələblər müəyyənləşdirilsin və yalnız o tələbləri ödəyənlərə verilsin.
Texniki baxışdan pul verib keçənlər yenə də belə edəcək. Buraxılış kartının nə əhəmiyyəti oldu?!”
Törə Zeynallı Demokrat.az


