İstanbul şəhərində sərnişin avtobusu dənizə düşüb.
Demokrat.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Şəhər rəsmilərindən verilən açıqlamada avtobusda sərnişinlərin olmadığı öyrənilib.
Eyni zamanda, yanğınsöndürmə briqadaları və sahil təhlükəsizlik qüvvələrinin hadisə yerinə gəldiyi vurğulanıb.
Qeyd edək ki, qəza nəticəsində ölən və ya yaralanan yoxdur.
Hadisənin təfərrüatları araşdırılır.

Aysu Demokrat.az


