Gündəm Özəl

“Taxıl sazişi”ndə alternativ — “Ukrayna buna razı olmayacaq”

“Taxıl sazişi”ndə alternativ — “Ukrayna buna razı olmayacaq”

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov yerli mediaya müsahibəsində deyib ki, Rusiya tərəfdaşları ilə birgə “Taxıl sazişi”nin alternativləri üzərində çalışır.

O qeyd edib ki, Qara Dəniz Taxıl Təşəbbüsü Afrika və digər ölkələrin ərzaq ehtiyaclarını ödəmək üçün yeganə çıxış yolu deyil, alternativlər var.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya alternativ dəhliz olaraq İran üzərindən Hindistana, Asiyaya uzanan dəhlizi nəzərdə tutur.

“Bu dəhlizin qərb qolu Xəzər dənizi vasitəsilə Azərbaycandan, şərq qolu isə Qazaxıstan və Türkmənistandan keçir. Rusiyanın alternativ dediyi dəhliz budur. Bir müddət əvvəl də bununla bağlı açıqlama verilmişdi. Buna yeni dəhliz demək olmaz əslində, Şimal – Cənub dəhlizinin tərkib hissəsidir, hansı ki, Hindistanın Mumbay şəhərindən başlayıb, İrana, oradan isə Astaraya və Xəzər dənizi vasitəsilə Peterburqa – Rusiyaya, sonda isə Qərbə uzanır”.

Ekspert düşünür ki, digər tərəflər bu varianta razı olmayacaq:

“Taxıl sazişi”ndə alternativ — “Ukrayna buna razı olmayacaq”

“Ukraynanın bununla razılaşacağını sanmıram. ABŞ da bu dəhlizi dəstəkləməyəcək. Türkiyəyə də bu sərf etmir. Bu yol daha çox Rusiya və İranın xeyrinədir.

Adətən “taxıl dəhlizi” deyilən dəhliz bu olur ki, yeni bir xətt açılır, əvvəllər hərəkət mümkün olmayan yerdə hərəkət təmin edilir. Qara dəniz üzərindən olan taxıl dəhlizi məhz bu şəkildə yaranmışdı. Rusiyanın alternativ olaraq təklif etdiyi isə, əslində mövcud Şimal – Cənub dəhlizi üzərindən olan marşrutdur”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova