Sosial

Volt niyə bağlandı? — "Kuryerlər yolda yeməyi yeyir"

Volt niyə bağlandı? — Kuryerlər yolda yeməyi yeyir

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Volt Azərbaycan” MMC­nin fəaliyyətini dayandırması barədə verdiyi qərar doğru deyil".

Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

O qeyd edib ki, Agentlik şirkətlə birgə nöqsanları aradan qaldırmağa çalışmalıdır:

Volt niyə bağlandı? — Kuryerlər yolda yeməyi yeyir

"Kuryer şirkətini bağlamaq vəziyyətdən çıxış yolu deyil. ”Volt”un bağlanması bazara monopolist şirkətin daxil olmasına şərait yaradacaq. Bu, nəzərə alınmalıdır. Qeyd edim ki, kuryer şirkətlərindən AİB-ə də şikayətlər olunur. Ən çox şikayətlər sifariş verilən yeməyin yolda yeyilməsi ilə bağlıdır. Amma hələ ki, yeməyin keyfiyyəti barədə şikayət edilməyib”.

D
demokrat.az