Dünya

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru öldü

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru öldü

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano vəfat edib.

"Reuters"inxəbərinə görə, 72 yaşlı diplomat BEAE-yə 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi.

O, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətə təsdiqlənərək 30 noyabr 2021-ci il tarixinədək BEAE baş direktoru vəzifəsini icra edirdi.

Qurumun mətbuat xidməti məlumatı təsdiqləyib.

Baş direktor 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətində olduğunu açıqlamışdı.(bakupost)

D
demokrat.az