Kriminal Özəl

Bakıda 35 yaşlı kişi tanışını qətlə yetirdi — TƏFƏRRÜAT

Bakıda 35 yaşlı kişi tanışını qətlə yetirdi — TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.

Qeyd edək ki, bu ilin martın 9-da, saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-cı il təvəllüdlü qəsəbə sakini Elbrus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Mehman Məmmədov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az