Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik bildirir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb:
"Onlardan biri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib".
Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.


