Böyük Britaniyada Rusiya casusu olduğu iddia edilən 3 Bolqarıstan vətəndaşı həbs edilib.
Demokrat.az xəbər verir ki, aylar əvvəl şübhəli qismində saxlanılan şəxslər barədə bu gün məhkəmə qərarı verilib.
Nəticədə hər üç şəxs həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, casusların uzun müddətdir İngiltərədə birlikdə yaşadığı öyrənilib.
Həmçinin, onların Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya,Yunanıstan və Çexiya vətəndaşı olduqlarını göstərən saxta şəxsiyyət vəsiqələri aşkar edilib.
Polis təfərrüatları araşdırmaqda davam edir.
Aysu Demokrat.az


