Sosial

Üç nəfər xilas edildi

Üç nəfər xilas edildi

Dənizdə batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib.

Bubarədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Bilgəh", “Mərdəkan” və “Qobustan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.

NE
Nihadə Eyyubova