Kriminal Özəl

Arvadını döyən gözətçinin cinayət işinə xitam verildi — MƏHKƏMƏ

Arvadını döyən gözətçinin cinayət işinə xitam verildi — MƏHKƏMƏ

Bakının Nizami rayonunda 1976-cı il təvəllüdlü Əzizağa həyat yoldaşı İdjran Babayevaya xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 24-də baş verib. Əzizağa həmin gün, gecə saat 00.10-da yaşadıqları evdə arvadı İdjran ilə mübahisə edib. O, mübahisə zamanı arvadını əli ilə bir dəfə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Əzizağanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Nizami rayon Məhkəməsində işə baxan hakim hökm elan edib. Həmin hökmdə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Bu hallar məhkəmə tərəfindən nəzərə alıb. Bu səbəbdən Əzizağanın barəsində cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Əzizağa 24 saylı Nizami birinci seçki dairəsində gözətçi işləyib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova