Hadisə

Bakıda avtomobil işıq dirəyini aşırdı — FOTO

Bakıda avtomobil işıq dirəyini aşırdı — FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı avtomobilin sürücüsü minik vasitəsini işıq dirəyinə çırpıb. Zərbənin təsirindən işıq dirəyi aşıb, avtomobil isə deformasiyaya uğrayıb.

Qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Yararsız vəziyyətə düşən minik avtomobili cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.//APA

Bakıda avtomobil işıq dirəyini aşırdı — FOTO
Bakıda avtomobil işıq dirəyini aşırdı — FOTO

D
demokrat.az