Ukrayna silahlı qüvvələrinin Krım körpüsünə hücumları cavabsız qalmayacaq.
BunuRusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib . “Biz bu terror aktlarını qətiyyətlə pisləyirik. Krım körpüsü sırf mülki infrastruktur obyektidir, ona hücumlar qəbuledilməzdir. Ötən ilin payızından bu cür hücumlara məruz qalıb", - o deyib. Qeyd edək ki, bu gün, avqustun 12-nə keçən gecə körpüyə 20 pilotsuz uçuş aparatı ilə hücum edilib. Daha sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi körpünün üzərindən S-200 raketinin vurulması barədə məlumat yayıb.


