Gündəm

30 il əvvəl qətl törətməkdə ittiham olunan polkovnikin məhkəməsi yekunlaşır — FOTO

30 il əvvəl qətl törətməkdə ittiham olunan polkovnikin məhkəməsi yekunlaşır — FOTO

Bakı Hərbi Məhkəməsində 1993-cü ildə Fikrət İbrahimov adlı şəxsi qətlə yetirməkdə təqsirləndirilən Nazim Bayramovun cinayət işi üzrə növbəti prosesi vaxtı məlum olub.

Qaynarinfo xəbər verir ki, növbəti məhkəmə prosesi avqustun 21-də keçiriləcək.

Məlumat üçün deyək ki, işə hakim Camal Ramazanovun sədrliyi ilə baxılır. Bildirilir ki, artıq proses yekunlaşmaq üzrədir.

30 il əvvəl qətl törətməkdə ittiham olunan polkovnikin məhkəməsi yekunlaşır — FOTO
1993-cü ildə qətlə yetirilən Fikrət İbrahimov

Ötən məhkəmə iclasında Nazim Bayramov ifadə verib. Artıq işlə bağlı bütün detallar aydındır və bu baxımdan, ehtimal olunur ki, avqustun 21-də keçiriləcək proses son məhkəmə iclası olacaq.

30 il əvvəl qətl törətməkdə ittiham olunan polkovnikin məhkəməsi yekunlaşır — FOTO
Təqsirləndirilən Nazim Bayramov

Nazim Bayramov 1993-1994-cü illərdə dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı olaraq 10 ildən artıq həbsxana həyatı yaşayıb. Onun keçmiş baş nazir Sürət Hüseynovun rəhbərlik etdiyi hərbi birlikdə tank alayının komandiri olduğu bildirilir. Firkət İbrahimov da onunla birgə Sürət Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərib.

D
demokrat.az