İsrailin yaratdığı çətinlik və maneələrə baxmayaraq, işğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsada 50 min insan cümə namazı qılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi "WAFA" məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri məscidin girişində maneələr yaratsa da müsəlmanlar namaz üçün əraziyə axın edib.
Yerusəlim İslam Vəqfləri İdarəsindən verilən hesabatda, cümə namazına gələnlərin 50 minə çatdığı bildirilib.
Qeyd edək ki, İsrail qüvvələri məscid girişlərində əhaliyə ciddi yoxlanışlar tətbiq etdikdən sonra içəridə namaz qılmaq icazəsi verir.
Aysu Demokrat.az


