Dünya Özəl

İsrail qüvvələri İordan çayının qərb sahilinə basqın etdi: 1 ölü, 8 yaralı

İsrail qüvvələri İordan çayının qərb sahilinə basqın etdi: 1 ölü, 8 yaralı

İsrail qüvvələrinin İordan çayının qərb sahilində açdığı atəşlər nəticəsində 1 fələstinli ölüb, 8 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Açıqlamaya görə, hücum nəticəsində 24 yaşlı fələstinli gənc öldürülüb, digər 8 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Şahidlər fələstinli etirazçılarla İsrail əsgərləri arasında şiddətli toqquşmaların baş verdiyini bildirib.

Qeyd edək ki, ilin əvvəlindən bəri ən azı 220 fələstinli İsrail işğalçı qüvvələri tərəfindən öldürülüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova