Dünya Özəl

Polşada bomba xəbərdarlığı: 14 min insan təxliyə edildi

Polşada bomba xəbərdarlığı: 14 min insan təxliyə edildi

Polşanın Lüblin şəhərində tikinti sahəsində 250 kiloqramlıq bomba tapılıb.

Demokrat.az xəbər verir ki, partlayıcının zərərsizləşdirilməsi üçün 14 min insan bölgədən təxliyə edilib.

Təxliyə edilən şəxslər üçün üç nöqtədə toplanma yeri hazırlanıb.

Təyin olunmuş məntəqələrə öz imkanları ilə gedə bilməyənlər üçün pulsuz bələdiyyə avtobusları ayrılıb.

Qeyd edək ki, araşdırmalar zamanı bombanın İkinci Dünya Müharibəsindən qalma olduğu təsbit edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova