Televiziya dünyasının "Oskar"ları sayılan 75-ci "Emmi" Mükafatlarının təqdim olunma tarixi dəqiqləşib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda, 75-ci "Emmi" mükafatlarının 18 yanvar 2024-də təqdim olunacağı bildirilib.
Daha əvvəl mərasimin sentyabrın 18-də keçirilməsi planlaşdırılsa da Hollivuddakı tətil aksiyaları səbəbindən təxirə salınmalı olub.
Qeyd edək ki, "Emmi Mükafatları" mərasimi 20 ildir ki, təxirə salınmamışdı.
Aysu Demokrat.az


