Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Xankəndi şəhərində içməli su qıtılığı yaranıb.
Turkustan.az xəbər verir ki, bu barədə yerli su təsərrüfatı idarəsi xəbərdarlıq məlumatı yayıb. Bildirilir ki, havaların isti keçməsi, və şəhəri su ilə təmin edən mənbələrdə suyun həcminin azalması səbəbindən ciddi su qıtlığı yaşanır.
İdarə yaranmış vəziyyətlə əlaqəli sakinləri sudan maksimum qənaətlə istifadə etməyə çağırıb.


