Türkiyənin Diyarbəkir vilayətində daha bir zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Məlumata əsasən, zəlzələ vilayətin Hani rayonunda yerli vaxtla 16:25-də baş verib.
4,2 bal gücündə qeydə alınan zəlzələnin 16,81 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Qeyd edək ki, zəlzələ ətraf ərazilərdə də hiss edilib.
Aysu Demokrat.az


