Maraqlı Özəl

Kitabsevərlər Günü... Kitabları sevirikmi? — SORĞU

Kitabsevərlər Günü... Kitabları sevirikmi? — SORĞU

Bu gün Beynəlxalq Kitabsevərlər Günüdür.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda kitab, qəzet, jurnal satışı hər il azalır. Kitaba marağın azalmasının səbəbləri barədə fikirlər fərqlidir.

Demokrat.az ədəbiyyat, kitab sahəsində tanınan bir neçə nəfərin düşüncəsini öyrənib:

Kitabsevərlər Günü... Kitabları sevirikmi? — SORĞU

Naşir, tərcüməçi Şahbaz Xuduoğlu:

“Əvvəlki illərlə müqayisədə kitab oxuyanların sayı artıb. Statistik məlumatların doğruluğuna şübhə edirəm. Çünki müşahidələrim onu deməyə əsas verir ki, kitab satışı artıb. Kitaba marağın yüksəlməsi üçün müxtəlif tədbirlər, sərgilər təşkil edirik. Kitab müzakirələri, görüşlər aparılır. Lakin bunlar kitab mağazaları və nəşriyyatlar tərəfindən həyata keçirilir. İstərdim ki, prosesə Elm və Təhsil Nazirliyi də qoşulsun. Təhsil ocaqlarında kitab müzakirələri, yazıçılarla görüşlər təkil olunsun. Yaxşı olar ki, ölkədəki kitabxanalarda işçilər bu istiqamətdə yönəldilsin. Kitabxanalar sadəcə kitab təqdim etməməlidir, kitablar ətrafında müxtəlif təşəbbüslər reallaşmalıdır. Kitabxanalarda əyləşən xanımlar oxucuların oraya gəlişini təşviq etməlidirlər ”.

Kitabsevərlər Günü... Kitabları sevirikmi? — SORĞU

Yazıçı, şair Oğuz Ayvaz:

“Azərbaycan cəmiyyəti kitaba deyil, müğənnilərə, manıslara daha çox dəyər verir. Gedir, toyuna Manafı çağırır, nə qədər pul xərcləyir. Kitab cəmiyyəti deyilik. Belə də olmalıdır.Bizim kitaba çatmağımıza uzun illər lazımdır. Bünövrədə bəzi məsələlər əvvəlcə öz həllini tapmalıdır.

Azərbaycanda yazıçı olmaq fədakarlıqdır. Biz yazarlar kitabdan nəsə qazana bilmirik. Yazarların çoxu başqa sahələrdən dolanmağa çalışır. Yazıçılıq ölkədə bir seçim deyil, taledir. Biz də taleyimizlə barışmışıq. Kitaba qiymət verilmir, alan yoxdur. Bizdə kitab yalnız bir qisim insana xitab edir”.

Kitabsevərlər Günü... Kitabları sevirikmi? — SORĞU

Yazıçı, tərcüməçi, ssenarist Cəlil Cavanşir:

“Kitab satışı ilə bağlı düşüncəm fərqlidir. Əvvəlki illərlə müqayisədə kitab satışında artım var. Nəşriyyatlarla çalışdığım üçün bunu daha dəqiq bilirəm. Ürəkaçan olmasa da, kitab sənayesi yavaş-yavaş qaydasına düşür. Qəzet və jurnal satışının azalmasının əsas səbəbi Azərbaycanda azad mətbuatın, azad sözün olmamasıdır. Mətbuat "satılanda" qəzet və jurnal satışının azalması da normaldır. Çünki insanlar mətbuata etimad göstərmir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az