ABŞ-ın şərq sahillərində baş verən şiddətli tufanda 1,1 milyon ev və iş yerində elektrik enerjisi kəsilib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
İlkin ehtimallara görə, təbii fəlakət nəticəsində 2 nəfər dünyasını itirib, yaşayış məntəqələri elektriksiz qalıb.
Troutman bölgəsində çoxlu ağaclar yıxılıb, bəzi evlərə ziyan dəyib.
Yerli rəsmilər tərəfindən əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Aysu Demokrat.az


