Moskva ətrafındakı Sergiev Posad şəhərində Zaqorsk Optik-Mexanika Zavodunda partlayış baş verib.
Bakupost.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, hadisə yerindən çəkilmiş videoda nəhəng tüstü sütunu görünür.
Məlumata görə, güclü partlayış nəticəsində zavoda bitişik evlərin şüşələri sınıb.
İlkin etimala görə, zavoda PUA ilə zərbə endirilib.
Partlayış nəticəsində ən azı 22 nəfər xəsarət alıb.
Dağıntılar altında qalanların olduğu bildirilir.


