Dünya Özəl

Britaniya Muzeyinin qarşısında bir nəfər bıçaqlandı

Britaniya Muzeyinin qarşısında bir nəfər bıçaqlandı

İngiltərənin simvolik yerlərindən biri olan Britaniya Muzeyinin qarşısında bir nəfərə bıçaqla hücum olub.

Demokrat.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün günorta saatlarında baş verib. Hücumla əlaqədar muzeyin fəaliyyəti 2 saatlıq dayandırılıb.

Polisdən verilən açıqlamada qeyd olunub ki, hücum nəticəsində yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hücum edən şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova