Hadisə Özəl

SON DƏQİQƏ! Laçında itkin düşmüş şəhidimizin 31 il sonra məzarı tapıldı — FOTO

SON DƏQİQƏ! Laçında itkin düşmüş şəhidimizin 31 il sonra məzarı tapıldı — FOTO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədi 31 ildən sonra tapılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəhman Həsənovun məzarı 1992-ci ildə döyüşərək şəhid olduğu Laçının Suarası kəndində aşkarlanıb.

Eksqumasiya edildikdən sonra məzarın şəhid Həsənov Rəhman Əhliman oğluna aid olduğu müəyyən edilib.

Xatırladaq ki, Həsənov Rəhman Əhliman oğlu 1972-ci ildə Laçın rayonunun Suarası kəndində anadan olub.

1990-cı ildə hərbi xidmətə çağırılıb. Laçında Qayğı qəsəbəsində hərbi xidmətdə olub, qranatamyotçu olub, orada gedən döyüşlərdə iştirak edib.

1992-ci ildə Suarası kəndində Susuz dağında gedən döyüşlərdə 2 erməni postunu partladıb, 10 nəfərdən çox erməni döyüşçüsünü məhv edib.

1992-ci il sentyabr ayının 10-da Suarası kəndində Susuzdağ və Qızartı dağlarında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az