Xəbər verdiyimiz kimi, musiqinin əfsanəvi adlarından olan türkiyəli müğənni Erkin Koray 82 yaşında vəfat edib.
Demokrat.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə sosial mediada paylaşım edərək mərhumun ailəsinə başsağlığı verib.
Paylaşımda deyilir:
"Türk musiqisinin əfsanələrindən olan Erkin Korayın vəfatını kədərlə öyrəndim. Allah mərhuma rəhmət eləsin. Ailəsinə, bütün pərəstişkarlarına və sənət ictimaiyyətimizə başsağlığı verirəm".
Aysu Demokrat.az


