Dünya Özəl

Taliban 10 yaşdan yuxarı qızların təhsilini qadağan etdi

Taliban 10 yaşdan yuxarı qızların təhsilini qadağan etdi

Taliban Əfqanıstanın bəzi bölgələrində 10 yaşdan yuxarı qızların təhsil almasını qadağan edib.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata görə, Qəzni bölgəsində Təhsil Nazirliyinin rəsmiləri tərəfindən məktəb və kurslara 10 yaşdan yuxarı qızların təhsil almasının qadağan olduğu bildirilib.

Bununla yanaşı, bəzi əyalətlərdə məktəb direktorlarına üçüncü sinifdən yuxarı qız şagirdlərini evə göndərmək tapşırılıb.

Talibanın Təhsil Nazirliyi isə məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ölkəyə Talibanın hakimiyyətə gəlməsindən iki il keçir və hazırda qızların altıncı sinifdən sonra məktəbə getməsinə icazə verilmir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova