Sosial Özəl

İsrailin raket hücumu nəticəsində suriyalı əsgərlər həlak oldular

İsrailin raket hücumu nəticəsində suriyalı əsgərlər həlak oldular

İsrail ordusunun paytaxt Dəməşq yaxınlığına atdığı raket hücumu nəticəsində 4 suriyalı əsgər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə Suriya dövlət mediası məlumat yayıb.

Bildirilib ki, Dəməşq yaxınlığındakı Colan təpələrinə raket hücumu həyata keçirilib.

Suriyanın hava hücumundan müdafiə sistemləri bəzi raketləri hədəfə çatmadan məhv etməyi bacarsa da, hücum nəticəsində əsgərlərdən 4-ü ölüb, digər 4 nəfər isə ağır yaralanıb.

İsrail ordusu uzun müddətdir ki, Suriyada İrana bağlı hərbi obyektlərə raket hücumları həyata keçirir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova