Dünya

Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatıb

Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatıb

Fransada ötən ay həbsxanalardakı məhbusların sayı rekord həddə çatıb.

APAxəbər verir ki, bu barədə Fransa Ədliyyə Nazirliyi məlumat yayıb.

Hazırda 74513 məhbus saxlanılır ki, bu da 2022-ci illə müqayisədə 2446 nəfər çoxdur.

Qeyd olunub ki, məhbuslar üçün ölkədə 60 666 yer mövcuddur.

Fransa ədliyyə naziri Erik Düpon-Moretti bildirib ki, iyulun əvvəlində Fransada iğtişaşlar zamanı saxlanılan 2400 nəfərin təxminən 30%-i yetkinlik yaşına çatmayanlar olub.

NE
Nihadə Eyyubova