Hadisə

Ukrayna Krımı Xersonla birləşdirən yeganə körpüyə zərbə endirdi

Ukrayna Krımı Xersonla birləşdirən yeganə körpüyə zərbə endirdi

Ukrayna Silahlı Qüvvələri yenidən Krımı Xerson vilayəti ilə birləşdirən yeganə Çonqar körpüsünə zərbə endirib.

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, körpüyə 4 raket zərbəsi endirilib.

Körpü keçid üçün müvəqqəti bağlanıb, hazırda körpüyə dəyən zərərin həcmi müəyyənləşdirilir.

Qeyd edək ki, Ukrayna ilk dəfə iyulun 22-də Çonqar körpüsünə raket zərbəsi endirib. Məqsəd Krımdan Ukraynanın Xerson və digər vilayətlərindəki Rusiya qüvvələrinə təchizatın dayandırılmasına nail olmaqdır.

NE
Nihadə Eyyubova