Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.
Belə ki, VAZ 2107ilə VAZ 2105markalı minik avtomobillərinin toqquşması nəticəsində Mirzə Adışlı xəsarət alıb.
Yaralı rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.


