Gündəm

"Sərhədçi əsgərlərimizin təmkinli davranışı gözlənilən təxribatın qarşısını aldı" — Ayaz Mütəllibov

Sərhədçi əsgərlərimizin təmkinli davranışı gözlənilən təxribatın qarşısını aldı — Ayaz Mütəllibov

Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçi Dağ” Məbəd-Kompleksində bir qrup gürcü ilə azərbaycanlı sərhədçilər arasında baş verən insidentə münasibət bildirib.

Ayaz Mütəllibov Demokrat.az-a açıqlamasında sözügedən məsələ ilə bağlı Azərbaycan və Gürcüstan tərəfini təmkinli olmağa çağırıb:

"Sərhədçilərimizə qarşı baş vermiş insidentin arxasında "üçüncü" qüvvələrin olması ehtimal edilir. Bu hadisə təxribata bənzəyir. Bəlkə də həmin hadisə zaman sərhədçi əsgərlərimizin təmkinli davranışı gözlənilən təxribatın qarşısını aldı. Azərbaycan və Gürcüstan xalqları arasında tarixi dostluq və qonşuluq əlaqələri var. Həm biz, həm də Gürcüstan tərəfi imkan verməməlidir ki, iki ölkə arasında mövcud olan münasibətləri təxribatlarla korlasınlar".

Sabiq prezident əlavə edib ki, sözügedən hadisələrin arxasında xarici qüvvələrin olma ehtimalı var.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az