Dünya

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Pakistanda 5 maqnitudada zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 700 min nəfər əhalisi olan Battaqram şəhərindən 25 km şimal-qərbdə, mənbə 43 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

D
demokrat.az