Dünya Özəl

Atletika Federasiyasının rəhbəri vəzifəsindən azad edildi

Atletika Federasiyasının rəhbəri vəzifəsindən azad edildi

Somalidə bacısı oğlunu müsabiqəyə göndərən Atletika Federasiyasının rəhbəri Xadiico Dahir vəzifəsindən azad edilib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Gənclər və İdman Nazirliyi açıqlama verib.

Açıqlamada bacısı oğlunu müsabiqəyə göndərən Dahir haqqında “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “millətə ləkə vurmaq” ittihamları ilə istintaq başladıldığı bildirilib.

Qeyd edək ki, Çində 100 metr məsafəyə qaçış yarışına qatılan 20 yaşlı saxta idmançının kilolu və hazırlıqsız olması somalililərin reaksiyasına səbəb olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova