Hadisə

Tovuzda iki maşın toqquşdu: Yaralılar var

Tovuzda iki maşın toqquşdu: Yaralılar var

Tovuzda iki “Mercedes” markalı avtomobil toqquşub.

Trendxəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, yanğınsöndürən maşınları və təcili tibbi yardım briqadası cəlb olunub.

Nəqliyyat hadisəsi zamanı üçnəfər - Tovuz şəhər sakini 27 yaşlı Elməddin Mirzəyev, rayonun Bozalqanlı kənd sakinləri 19 yaşlı Gülay və 23 yaşlı Günay Tofiq qızı Qasımova bacıları xəsarət alıblar. Onlar dərhal mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə zamanı avtomobildə bir yaşlı körpə uşaq olsa da, xoşbəxtlikdən heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova