Türkiyənin Karabük ərazisində 2 avtomobilin toqquşması nəticəsində qəza baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.
Bildirilib ki, qəza zamanı avtomobillərdə olan 9 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Bütün müdaxilələrə baxmayaraq,3 yaşlı yaralı körpəni xilas etmək mümkün olmayıb.
Qəza barədə araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


