Livanın xarici işlər naziri Abdullah Buhabib yararsız vəziyyətdə olan nazirlik binasının təmirinə görə Türkiyəyə təşəkkür edib.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata əsasən, nazir 2020-ci il avqustun 4-də ölkədə baş verən böyük liman partlayışında Livan Xarici İşlər Nazirliyinə məxsus binanın yararsız vəziyyətə düşməsini xatırladıb.
O deyib ki, artıq yeni nazirlik binası hazır vəziyyətdədir:
"Artıq yararsız vəziyyətdə olan binadan əsər qalmayıb. 7 mərtəbəli bu binanın 4 mərtəbəsini Türkiyə təmir etdirib. Nazirlik binasının təmirinə görə Türkiyə Xarici İşlər Nazirliyinə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) minnətdarıq".
Aysu Demokrat.az


