Uqandada təxminən 30 sərnişinin olduğu qayıq batıb, nəticədə 20 nəfər dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Məlumata əsasən, 20 nəfər boğularaq ölsə də, 10 nəfər balıqçılar tərəfindən xilas edilib.
İtkin düşən şəxslərin axtarışları davam etdirilir.
Qayığın qəza keçirməsinə güclü küləyin səbəb olduğu bildirilir.
Aysu Demokrat.az


