Dünya Özəl

Pekində son 140 ilin yağış rekordu

Pekində son 140 ilin yağış rekordu

Çinin paytaxtı Pekində son 140 ilin yağış rekordu qırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Çin Meteorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, son günlərdə can itkisi və əhəmiyyətli maddi ziyana səbəb olan leysan yağışların miqdarı 140 ilin ən yüksək səviyyəsinə çatıb.

Leysan yağışlar zamanı Çanqpinqdəki su anbarına 744,8 millimetr yağışın düşdüyü və bunun rekord olduğu açıqlanıb.

Qeyd edək ki, 1891-ci ildəki rekord göstərici 609 millimetr yağıntı hesab olunurdu.

Aysu Demokrat.az

D
demokrat.az