Fransanın paytaxtı Parisdə qızıl mağazasına müştəri kimi gələn 3 şəxs oğurluq edib.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Məlumata əsasən, kimliyi bəlli olmayan 3 şəxs özlərini varlı insan kimi təqdim edib və zinət əşyalarını yoxlamağa başlayıb.
Daha sonra silah çıxararaq mağaza işçilərini hədələyiblər və çoxlu sayda zinət əşyası götürərək mağazadan qaçıblar.
Mağazaya dəyən ziyanın təxminən 10-15 milyon avro dəyərində olduğu bildirilir.
Hadisə zamanı xəsarət alan olmayıb.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


