İndoneziya Türkiyədən 300 milyon dollar dəyərində pilotsuz uçuş aparatları (PUA) alıb.
Demokrat.az xəbər verir ki, bu barədə İndoneziya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada Türk Hava və Kosmik Sənaye Aparatından (TUSAŞ) 300 milyon dollar dəyərində 12 yeni pilotsuz uçuş aparatının alındığı bildirilib.
Eyni zamanda razılaşma müqaviləsinə təlim və uçuş simulyatorlarının da daxil olduğu qeyd edilib.
Aysu Demokrat.az


