İdman Özəl

"Mançester Yunayted" "Adidas" ilə müqavilə imzaladı

Mançester Yunayted Adidas ilə müqavilə imzaladı

İngiltərənin “Mançester Yunayted” futbol komandası Almaniyanın dünyaca məşhur idman geyim markalarından olan “Adidas” ilə 1 milyard avroluq sponsor müqaviləsi imzalayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İngiltərə klubu məlumat yayıb.

Bildirilib ki, müqaviləyə əsasən, "Mançester Yunayted"in 2018-ci ildən fəaliyyət göstərən qadın komandasına daha çox önəm veriləcək.

Eyni zamanda, "Mançester Yunayted" və "Adidas"ın qadın futboluna investisiyaları artırmaq öhdəliyi davam edəcək.

Qeyd edək ki, "Adidas" daha əvvəl İspaniyanın "Real Madrid" klubu ilə 2028-ci ilə qədər davam edəcək 10 illik sponsorluq müqaviləsi imzalamışdı.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova